Bakı Dövlət Universitetinin kitabxanaşünaslıq-informasiya fakültəsi ilə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi arasında mövcud qanunvericiliyə və mövcud əsasnamələrinə uyğun olaraq, anlaşma memorandumu imzalanıb.
Mərkəzdə bildirilib ki, memorandumun məqsədi ölkəmizdə kitabxanaşünaslıq üzrə kadrların yetişdirilməsində BDU-nun və mərkəzin arasında işgüzar elmi-mədəni əlaqələrinin qurulması, kitabxanaşünas kadrların elmi potensialından muzey və kitabxanalarda səmərəli istifadə və göstərilən sahəyə müvafiq yeni elmi-metodiki üsulların axtarışlarının gücləndirilməsidir.
azertag.az