Azercell Müharibə Veteranları üçün kampaniyanın müddətini uzatdı
6.12.2016

Azərbaycanın lider mobil operatoru Azercell Telekom Müharibə Veteranları olan abunəçiləri üçün 2 aprel 2015-ci il tarixindən etibarən təqdim etdiyi xüsusi kampaniyanı 30 mart, 2017-ci il tarixinə qədər uzadır.

Bu barədə şirkətdən məlumat verilib.

Şirkətin hər zaman diqqət və qayğı göstərdiyi bu özəl abunəçilər təqvim ayı ərzində balanslarıına birinci dəfə yüklədikləri hər-hansı danışıq kartın məbləğinin 100%-ni bonus olaraq Azercell-dən hədiyyə alırlar. Azercell tərəfindən hədiyyə olunan bonus şəbəkədaxili zənglər, SMS və MMS xidmətləri üçün 7 gün ərzində istifadə edilə bilər.

Onu da bildirək ki, Azercell Telekom 3 ildir ki, davamlı olaraq Qarabağ, Əfqanıstan və Böyük Vətən Müharibəsi Veteranları üçün xüsusi endirim kampaniyalarını həyata keçirir. İstifadəyə verildiyi gündən bu güzəştli rabitə imkanından 28 000-dən artıq veteran yararlanaraq Azercell-dən 5 milyon 400 min AZN-dən artıq həcmdə bonus əldə etmişdir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.

trend