Bu kənddəki qadınların saçı 2 metrdir - FOTO
27.8.2012

Çinin Huangluo adlı kəndində dünyanın ən uzun saçlı qadınları yaşayır. Bu kateqoriya üzrə kəndin qadınları Ginnesin "Rekordlar" kitabına adlarını yazdırıblar. Onların saçlarının uzunluğu orta hesabla 1.7 metrdir.

Sözügedən kənd məhz qadınların uzun saçlara sahib olmasıyla diqqəti çəkir. Kəndlilərin inancına görə, qadının uzun saçı uzun ömür və zənginlik gətirir. Huangluoda 120 qadının saçının uzunluğu rekord həddədir. Aralarında saçının uzunluğu 5.5 metr olan azyaşlı qrup da iştirak edir. Bu qadınlar həyatlarında yalnız bir dəfə saçlarını kəsdirə bilirlər, o da 16 yaşında. Ənənələrə görə, saç kəsdirmə həyat yoldaşı seçmədən əvvəl edilməlidir. Yeri gəlmişkən, bu kənddə qadınların saç düzümü də onların evli və ya subay, yaxud ailəli olub hələ uşaq sahibi olmamasından xəbər veriri.

İddia edilir ki, onların gözəl rəngli saça sahib olmalarının sirri düyü suyu ilə yuyulmasındadır.

prizma.ws