Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası baş tutub.
Teatrdan verilən məlumata görə, Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması əsasında ilk dəfə dramatik janrda hazırlanan eyniadlı səhnə əsəri tamaşaçılara təqdim olunub.
Bildirilib ki, tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov olan tamaşanın musiqi tərtibatçısı Kamil İsmayılov, məsləhətçisi İlqar Fəhmi, döyüşlərin quruluşçusu İsa Əsədovdur.
Yeni səhnə əsərində 50-dən çox aktyor iştirak edir və əsas obrazları əməkdar artistlər Naibə Allahverdiyeva, Leyli Vəliyeva, Elşən Rüstəmov, aktyorlar Rövşən Abbasov, Rəşad Səfərov, Mehriban Abdullayeva, Mehriban Hüseynova, Sevinc Mehrəliyeva, Zemfira Əbdülsəmədova, Bəhram Həsənov, Səbinə Məmmədova, Elşən Çarhanlı, Şəbnəm Hüseynova, Könül Əbilova, Venera Abbasova, Hüsniyyə Əhmədova, Kərəm Hadızadə, Elnur Hüseynov, Elşən Şıxəliyev, Ramil Məmmədov, Manaf Dadaşov, Müşfiq Əliyev, Vüqar Məmmədəliyev, Anar Səfiyev, Elgün Yəhyayev, Gülbəniz Mustafayeva və başqaları ifa ediblər.
report.az