“Vətənin sevməyən insan olmaz” layihəsi çərçivəsində muğam konserti keçiriləcək
7.12.2016

Dekabrın 15-də Beynəlxalq Muğam Mərkəzində Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların solo konserti olacaq.

Əməkdar Artist, tarzən Əliağa Sədiyevin “Vətənin sevməyən insan olmaz” layihəsi çərçivəsində keçiriləcək konsertdə xalq mahnıları və muğamlar səsləndiriləcək. Xanəndələri “Xarı bülbül” muğam qrupu müşayiət edəcək.

Qeyd edək ki, tanınmış xanəndələrin iştirakı ilə “Vətənin sevməyən insan olmaz” konsert layihəsi dekabrın 30-dək davam edəcək.

Biletləri şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

azertag.az