“Akkord” yeni şirkət yaradıb
7.12.2016

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC yenidən təşkil olunduğunu elan edib. Bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verilir.
Məlumata görə, bunun nəticəsində onun tərkibindən ayrılan strukturların birinin bazasında “Building Construction Group” MMC yaradılıb.
Xatırladaq ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" 2006-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 74,113 mln. manatdır. Şirkətin səhmlərinin 51%-i "VIP Estate" MMC-yə, 49%-i isə Dərya Müsəllim oğlu Vəliyeva məxsusdur.

report.az