2017-ci ildə GUAM dövlət başçılarının sammiti keçirilə bilər
7.12.2016

GUAM 2017-ci ildə dövlət başçılarının növbəti sammitinin keçirilməsi fikrini nəzərdən keçirir.

Bu sözləri qurumun baş katibi Altay Əfəndiyev deyib.

“Sonuncu dəfə GUAM dövlət başçılarının sammiti 2008-ci ildə keçirilmişdi. İndi iqtisadi və nəqliyyat layihələrinin müzakirə olunması üçün yüksək səviyyədə yeni görüşün keçirilməsi zərurəti yaranıb.”

Gələn il Azərbaycan GUAM sədrliyini Gürcüstana təhvil verəcək.

Azərbaycanın sədrlik müddətinin yekunlarından danışan baş katib bu müddətin dinamik və nəticə etibarı ilə səmərəli keçdiyini deyib: “Təşkilatın sədri olaraq Azərbaycanın prioritetləri arasında GUAM ölkələrinin maraqlarının möhkəmləndirilməsi, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi yer almışdı”.

Onun sözlərinə görə, bu dövrdə əsas diqqət iqtisadi əməkdaşlığın gücləndirilməsinə yönəlmişdi.

trend.az