Hesablama Palatasının əməkdaşları təltif edildi
7.12.2016

Prezident İlham Əliyev Hesablama Palatasının əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Hesablama Palatasının yaradılmasının 15 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Məhərrəmov Adil Məmmədəli oğlu

Həsənov Cəfər İsmayıl oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Tağıyev Natiq Adil oğlu

Hümbətov Qüdrət Məhəmməd oğlu

Həsənov Rasim Həsən oğlu

Səfərov Fəqan Şayıb oğlu

“Tərəqqi” medalı ilə

Qurbanov Firsənd Əliheydər oğlu.

trend.az