Samuxda məktəblər istiliklə təmin olunub
7.12.2016

Bu il qışın tez gəlməsinə, havaların isə əvvəlki illərlə müqayisədə daha soyuq keçməsinə baxmayaraq, Samuxda məktəblərin qızdırılmasında problem yoxdur.

Samux Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu il rayon üzrə 35 məktəbin yarısından çoxu mərkəzləşmiş qaydada istiliklə təmin edilib.

Rayon mərkəzi də daxil olmaqla, 18 məktəb üçün yeni bina inşa olunduğundan həmin məktəblərdə mərkəzi qazanxana sistemi qurulub.

Beş kənd məktəbində mərkəzləşmiş istilik sistemi dizel yanacağı ilə işləyir. Rayonun 12 məktəbində isə siniflərin qızdırılmasında odun yanacağından istifadə olunur.

azertag.az