Dekabrın 9-da Sumqayıt Olimpiya İdman Kompleksində qarışıq döyüş növləri (MMA) üzrə Azərbaycan çempionatı keçiriləcək.
Azərbaycan MMA Federasiyasının vitse-prezidenti Etiqad Atakişiyevin verdiyi məlumata görə, yarışda 23 klubdan 100-dən çox idmançı mübarizə aparacaq. Ölkə birinciliyində səkkiz çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.
E.Atakişiyev, həmçinin vurğulayıb ki, yarışın Sumqayıtda keçirilməsində səbəb MMA-ın paytaxtdan başqa şəhərlərdə də inkişaf etdirilməsinə dəstək olmaqdır.
azertag.az