Yunanıstanın www.greek-theatre.gr portalında Azərbaycanın teatrşünas alimi, professor Aydın Talıbzadənin "Azərbaycan teatrı: sosial portret və estetik xəritə" adlı məqaləsi dərc edilib.
Gənc Tamaşaçılar Teatrından bildiriblər ki, oxucuya ölkəmiz haqqında ətraflı məlumat verən məqalədə Azərbaycan teatrının yaranma tarixi, inkişaf mərhələləri, müasir teatr prosesi barədə danışılır. Məqalədə həmin tamaşalardan fotoşəkillər də yer alıb.
Müəllif, həmçinin Gənc Tamaşaçılar Teatrında səhnələşdirilən yeni tamaşalar barədə də oxucuları məlumatlandırır.
Məqalədə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı, bu proqramın icrası nəticəsində daha da inkişaf edən, maddi-texniki bazası yüksək səviyyəyə çatan Azərbaycan teatrlarının üzv olduğu beynəlxalq qurumlar barədə də danışılır.
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:
http://www.greek-theatre.gr/public/en/greekplay/index/newview/1025
azertag.az