Aqşin Babayevin hekayələr kitabı Almaniyada nəşr olunub
7.12.2016

Yazıçı Aqşin Babayevin “Əyri gözlük” adlı hekayələr kitabı bu günlərdə Almaniyanın “Edition Winterwok” nəşriyyatında işıq üzü görüb.

Kitaba müəllifin “Göyərçinlər öpüşür”, “Toy”, “Əyri gözlük”, “Saat”, “Doktorant” və başqa əsərləri daxil edilib.

Hekayələri alman dilinə tanınmış tərcüməçi Barbara Şefer çevirib. Kitabın təqdimat mərasimi Avstriya, Almaniya və İsveçrədə keçiriləcək, eyni zamanda Leypsiq kitab sərgi-yarmarkasında nümayiş etdiriləcək.

azertag.az