“Yaşıl Veloyürüş" keçiriləcək
8.12.2016

“ASAN school” könüllülük məktəbinin “Yaşıl ASAN” təşəbbüsü, Azərbaycan Velosiped Federasiyası və “ASAN könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə “Yaşıl Veloyürüş" təşkil olunacaq.

“Yaşıl Veloyürüş”ün əsas məqsədi ekologiyanın qorunması, gənclər arasında sağlam həyat tərzinin aşılanması prosesində velosipedin rolunun artırılmasıdır.

11 Dekabr saat 11:00-da keçirilməsi planlaşdırılan veloyürüşə öz velosipedləri ilə hər kəs qoşula bilər.

Veloyürüşün davamlılığını təmin etmək üçün, növbəti aylarda Azərbaycanın digər regionlarında da keçirilməsi planlaşdırılır. Bütünlükdə veloyürüşə 100-dən çox gənc qatılacaq.

Qeydiyyat üçün son tarix, 8 dekabrdadır.

Qeydiyyat linki: goo.gl/dhkGQy

Velo marşrut : https://goo.gl/xYMvuW

trend.az