Xalq rəssamının 90 illik yubileyinə həsr olunan sərgi keçiriləcək
8.12.2016

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə dekabrın 13-dən 17-dək Azərbaycan Milli İncəsənət Muzeyində xalq rəssamı Elbey Rzaquliyevin 90 illik yubileyinə həsr olunan sərgi keçiriləcək.
Bu barədə Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Sərgidə rəssamın ailəsinin kolleksiyasında, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan əsərlər nümayiş olunacaq.
Xalq rəssamı "Görüş", "Ögey ana", "Sevil" və s. filmlərin rəssamı olub.
Qeyd edək ki, xalq rəssamı 1998-ci ildə çoxillik yaradıcılıq fəaliyyətinə, milli incəsənətin inkişafına verdiyi əvəzsiz töhfələrə görə "Şöhrət" ordeni ilə təltif olunub. O, Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə layiq görülüb.

report.az