İslam İnkişaf Bankı Azərbaycandakı layihələrə 1 milyard dollar ayırıb
8.12.2016

İslam İnkişaf Bankı Azərbaycanda 18 layihənin həyata keçirilməsinə təqribən 1 milyard dollar ayırıb.

Bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda Azərbaycan Beynəlxalq investisiya konfransında deyib.

Nazir qeyd edib ki, 18 layihədən 14-ü artıq reallaşdırılıb, 4 layihə isə həyata keçirilmə prosesindədir.

Ş.Mustafayev əlavə edib ki, Azərbaycanla İslam İnkişaf Bankının münasibətləri yüksək səviyyədədir.

trend