Azərbaycanda bu şirkət yenidən quruldu
8.12.2016

“Azərbaycan Metanol Şirkəti” (AzMeCo) yenidən yaradıldığını elan edib. Vergilər Nazirliyinin (VN) “Vergilər” qəzetinə istinadən verilən məlumata görə bu, “Froil” MMC və “Caspian Trade Company” MMC-nin AzMeCo-ya birləşməsi yolu ilə baş verib.

Yenidən qurulması səbəbi ilə AzMeCo “bir pəncərə” prinsipi əsasında VN-də qeydiyyatdan keçib.

Hazırda AzMeCo-nun SOCAR-ın mülkiyyətinə keçidi prosesi davam edir. Bu prosesin ilin sonunadək başa çatacağı gözlənilir.

trend