Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar bir sıra yerli və xarici şirkətlərlə sponsorluq müqavilələri bağlanılacaq.
Bu barədə gənclər və idman naziri Azad Rəhimov məlumat verib.
O bildirib ki, sponsorlar iki qrupa bölünəcək: "Oyunların 8 əsas sponsoru olacaq. Bu sırada SOCAR, BP, Coca Cola və McDonalds var. İkinci dərəcəli sponsorların sayı isə daha çox ola bilər. Yerli şirkətlər bununla çox maraqlanırlar. Hələ bu barədə məlumat vermək tezdir. Hazırda danışıqlar aparılır. İnanıram ki, bu məsələ müsbət həllini tapacaq".
report.az