Beynəlxalq Mətbuat Mərkəzində “Qafqaz Media” İctimai Birliyinin dəstəyi ilə çəkilmiş yeni “Gələrəm” klipinin təqdimatı keçirilib. Yeni klip lirik ovqatda yazılıb, gəncliyə həsr edilib.
Tədbirdə bəstəkarlar İmruzə Hüseynova, Arif Səlimov, müğənnilər Sevda Əliqızı, Gülnarə Xəlilova və başqaları klipin məziyyətlərindən danışıblar.
Müğənni Bəxtiyar Bilalın ifa etdiyi mahnının sözləri Azadə Talehə məxsusdur. Klipin rejissoru Elgün Seyidzadədir.
Sonda A.Taleh tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
azertag.az