Dekabrın 14-də Dövlət Film Fondunda Xalq Rəssamı Elbəy Rzaquliyevin 90 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə gerçəkləşəcək tədbir çərçivəsində unudulmaz sənətkarın xatirəsinə həsr olunmuş fotosərgi açılacaq, həyat və yaradıcılığını əks etdirən videoçarx təqdim ediləcək.
Gecədə “Yaddaş” sənədli filmlər studiyasında lentə alınan rejissor Mübariz Nağıyevin görkəmli sənətkara həsr etdiyi “Arzularını çəkən rəssam” sənədli filmi nümayiş olunacaq.
Qeyd edək ki, Elbəy Rzaquliyevin çəkdiyi tablolar müasir Azərbaycan boyakarlığı və qrafika sənətinin qiymətli nümunələri kimi dünyanın bir çox sərgi salonlarında, rəsm qalereyalarında və muzeylərdə sərgilənir.
azertag.az