Dünyanın ən qəribə telefonu gəlir (Foto)
30.9.2011

Cənubi Koreyanın "Samsung" korporasiyası dünyanın ilk elastik mobil telefonunu satışa çıxarmağa hazırlaşır. "Galaxy Skin" adlı bu smartfonun korpusunu istənilən formada əymək və sonra düzəltmək olar.
"Gizmodo"ya istinadən verilən xəbərə görə, 4,5 düymlük AMOLED displeyə malik smartfon gələn ilin əvvəllərində satıışda olacaq.
Telefonun elastikliyi "qrafen" tipli atom kristal quruluşuna malik materiala əsaslanır.
"Galaxy Skin" smartfonunun 8 meqapiksellik kamerası, 1 geqabayt operativ yaddaşı və "Android" əməliyyat sistemi olacaq.