Azərbaycan Milli İncəsənət Muzeyi və Ukraynanın Taras Şevçenko adına Milli Muzeyi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Milli İncəsənət Muzeyindən bildirilib ki, müqavilə hər iki muzeyin qarşılıqlı elmi-tədqiqat işinin aparılması, muzey işçilərinin təcrübə mübadiləsinin yaradılması, birgə sərgilərin hazırlanması və Ukrayna-Azərbaycan mədəni əlaqələrinin qurulmasına təkan verəcək. Eyni zamanda, bu əməkdaşlıq müqaviləsi Azərbaycanda Ukrayna mədəniyyətinin, Ukraynada isə Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edəcək.
Əməkdaşlıq müqaviləsini muzeyin direktorları - Çingiz Fərzəliyev və Dmitri Strus imzalayıblar.
azertag.az