Ürəyi ilə qidalanan insan
28.8.2012

İngiltərənin şimal-qərbindəki Cambrya şəhərində yaşayan 18 yaşlı Jodi Vasquezin yaşaması üçün ürəyindən qidalandırılır.

Belə ki, "İlers Danlos" sindromu adlı irsi xəstəlikdən əziyyət çəkən gənc qızın birləşdirici toxumaları zədələndiyindən bağırsaqları, mədəsi və öd kisəsi öz funksiyasını itirib, oynaqları isə asanca yerindən çıxır. Bu səbəbdən qız daim əlil kürsüsündə əyləşir. Onun qidalanması isə damla halında birbaşa ürəyinə gedən borucuq vasitəsi ilə aparılır. Jodinin anası qızının yaşaması üçün hər gecə çox diqqətli olmağı tələb edən bu işi yerinə yetirir.

Qeyd eək ki, ürək vasitəsilə aparılan qidalanmada ən kiçik bir səhv ölümə səbəb ola bilər.

Trend