SOCAR “Azərikimya” İB-nin Etilen-polirtilen zavodunun EP-300 qurğusunun modernizasiyası və istismarı üzrə “Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ)” sənədi ilə əlaqədar maraqlı tərəfləri ictimai dinləməyə dəvət edir.
Qurumdan verilən məlumata görə, ictimai dinləmə 16 yanvar 2017-ci il tarixində, saat 11:00-da Sumqayıt şəhəri, “Azərikimya” İB-nin baş ofisinin akt zalında keçiriləcək.
Görüş “Azərikimya” İB tərəfindən təşkil olunur.
Bütün maraqlı şəxslər tədbirə dəvət olunur.
Hazırlanmış ƏMTQ sənədi ictimaiyyətin tanış olması üçün aşağıda qeyd olunmuş ünvanlarda yerləşdirilib:
- “Azərikimya” İB-nin baş ofisində Əməyin mühafizəsi, ekologiya və standartların idarə edilməsi şöbəsində;
- Sumqayıt şəhəri S. Vurğun adına “Mərkəzi kitabxana”da;
SOCAR “Azərikimya” İB-nin Etilen-polietilen zavodunun Əməyin mühafizəsi və ekologiya kabinetində;
- Sumqayıt şəhər “Dövlət Musiqili Dram teatrı”nın binasında;
- Sumqayıtın Tarixi Muzeyinin binasında.
Tədbirdə mütəxəssislər tərəfindən layihənin texniki göstəriciləri, Etilen-polietilen zavodunda yenidənqurma və modernizasiya layihəsi çərçivəsində quraşdırılacaq avadanlıq və qurğular, layihə ərazisinin ilkin vəziyyəti, flora və fauna, tikinti və istismar dövründə proqnozlaşdırılan potensial təsirlər və onların yumşaldılması tədbirləri, alternativ variantlar, o cümlədən ekoloji monitorinq və ətraf mühitin idarə edilməsi planları barədə görüş iştirakçılarına məlumat veriləcək.
İctimai dinləmədə səslənən bütün rəy və təkliflər yekun ƏMTQ sənədində nəzərə alınacaq.
Layihə üzrə əlaqələndirici şəxs:
SOCAR “Azərikimya” İB-nin Əməyin mühafizəsi, ekologiya və standartların idarə edilməsi şöbəsinin rəisi Oktay Tağıyevdir.
Tel: (+99412) 521 25 32
Mob: (+99450) 843 10 12
Faks: (+99412) 521 25 76
trend