Marsda insan səsi eşidildi
28.8.2012

ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) Marsa yolladığı Curiosity aparat-roveri dünyada ilk dəfə olaraq başqa planetdən Yerə insan səsini ötürüb.

Rover Marsda çəkdiyi peyzajların fotolarını da NASA-ya yollayıb.

1 ton ağırlığı olan Curiosity NASA-nın direktoru Çarlz Boldenin çıxışını retranslyasiya edirdi. Bolden komandanı aparatın Mars səthinə uğurla çatdırılması ilə əlaqədar təbrik edirdi.

Lakin çıxışın ortasında Boldenin səsi ilə yanaşı, Marsda səslənən başqa səs də eşidilib.

NASA ekspertləri bu səsin Curiosity komandasının üzvlərindən birinə məxsus olmadığını deyirlər.
Həmin səs Yerdən Marsa translyasiyanın yaratdığı əks-səda da deyil.

Aydın eşidilən səs əvvəlcə xırıltılı eşidilir, sonra isə aydın nə isə deyilməyə başlanır. Sözlər Yerdəki dillərin heç birinə uyğun deyil.
Səs Marsda səslənir.

Curiosity aparat-roveri avqustun 6-da Marsdakı iri Qeybl kraterinə enmişdi. Missiyanın başlıca məqsədi Marsın bioloji həyata potensial yararlılığını yoxlamaqdır.

Kraterin mərkəzindəki sirli Şarp dağına yollanmazdan əvvəl Curiosity "Qırmızı planet"in səthində su izlərinin aşkarlandığı Glenelqə yollanacaq.

Aparat Şarp dağına doğru bu ilin sonunda hərəkət etməyə başlayacaq.

Milli.Az