Akademik Milli Dram Teatrında maraqlı Yeni il şənlikləri olacaq
12.12.2016

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında dekabrın 27-dən etibarən Yeni il şənliklərinə start veriləcək.

Teatrın mətbuat xidmətindən bildirilib ki, sənət ocağı Yeni il qabağı balacaların vaxtının səmərəli keçməsini nəzərə alaraq dekabrın 31-dək hər gün bir-birindən maraqlı əyləncəli proqramlar və oyunlar təqdim edəcək.

Yeni il şənlikləri çərçivəsində uşaqların sevdiyi tamaşalardan maraqlı səhnəciklər də nümayiş olunacaq.

Əyləncə dolu proqramlar hər gün müvafiq olaraq saat 11.00, 13.00, 15.00 və 17.00-da başlanacaq.

azertag.az