Əfsanə dağılır: Məhəmməd Əlinin doğulduğu ev satılır
28.8.2012

Dünyanın ən məşhur idmançısı, boks əfsanəsi Məhəmməd Əlinin doğulduğu ev satışa çıxarılıb.

ABŞ-ın Kentukki ştatında, Luisvill şəhərinin qərbində yerləşən kiçik taxta ev üçün 50 min dollar istənilir.
Tədricən dağılıb-uçulmaqda olan bu evin sahibi Stiv Stivensonun dediyinə görə, istədiyi məbləğ o qədər də çox deyil.

Məhəmməd Əli dünyaya Kassius Kley Marsell kimi gəlmişdi və ailəsi, qardaşı ilə bu evdə yaşayırdı. Məhz bu evdə yaşayanda 12 yaşlı Kassius 1954-cü ildə Luisvilldə Ronni O'Kif üzərində qələbəyə nail olmuşdu. Bu, sonradan əfsanəyə çevriləcək boksçunun rinqdə ilk qələbəsi idi.

Luisvillin meri Qreq Fişer isə bildirir ki, evin fərdi əllərə düşməməsinə çalışacaqlar: "Şəhərimizin oğlu bu evdə doğulub və ev də şəhərə qalmalıdır".

Şəhərlilər isə əfsanəvi boksçunun doğulduğu evin belə vəziyyətdə, uçuq-sökük olmasını biabırçılıq adlandırırlar.

Superağır çəkidə uçqat dünya çempionu Məhəmiəd Əli indi Parkinson xəstəsidir.
1981-ci ildə peşəkar boksu tərk etmiş Məhəmməd Əli humanitar fəaliyyətə başlamışdı.
Və o, doğma şəhərini unutmamışdı.
Luisvilldə Məhəmməd Əlinin muzeyi və təhsil mərkəzi var.

Bu il 70 yaşı tamam olmuş Məhəmməd Əli ad gününü doğma şəhərində qeyd etmişdi.

Milli.Az