Gələn il Azərbaycanda təşkil olunacaq IV İslam Həmrəylik Oyunlarında 50 ölkə iştirakını təsdiqləyib.
Ev sahibi Azərbaycan ilə yanaşı, Səudiyyə Ərəbistanı, Niger, İraq, Somali, İran, Birləşmiş Ərəb Əmirlikləri, Mavritaniya, Banqladeş, Türkmənistan, Liviya, Surinam, Tunis, Komor adaları, Əlcəzair, İndoneziya, Pakistan, Fələstin, Fil Dişi Sahili, İordaniya, Türkiyə, Uqanda, Oman, Əfqanıstan, Mərakeş, Malayziya, Albaniya, Cibuti, Qayana, Tacikistan, Bəhreyn, Kamerun, Qvineya-Bisau, Qırğızıstan, Qambiya, Benin, Nigeriya, Qazaxıstan, Maldiv adaları, Mali, Çad, Mozambik, Suriya, Seneqal, Syerra-Leone, Toqo, Qətər, Qabon, Qvineya və Sudan “Bakı-2017”yə qatılacaq.
Ölkələrin sayına görə, Azərbaycan İslam Həmrəylik Oyunları tarixində bir ilkə imza atacaq.
Lakin ölkələrin sayının daha da artması istisna deyil. Bu rəqəm 57-yə çata bilər.
azertag.az