Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin xatirəsini anma günü ilə əlaqədar Bakı Ali Neft Məktəbinin (BANM) bütün tədris auditoriyalarında ilk dərs Ulu Öndərə həsr olunub.
BANM-dan bildiriblər ki, dərslərdə görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti barədə tələbələrə geniş məlumat verilib.
Bildirilib ki, Azərbaycanın tarixi şəxsiyyətləri sırasında xalqın ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi yeri var. Müdrik rəhbər Heydər Əliyev nadir, unikal, seçilən siyasətçi kimi dünya siyasətinə təsir etmək gücündə olan lider idi. O, böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında deyil, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyən nadir siyasətçi kimi tanınıb.
Sonra BANM-in kollektivi Ulu Öndərin ali məktəbdəki büstünün önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib.
azertag.az