Heyvandarlığın inkişafına yönəlmiş bir sıra tədbirlər çərçivəsində heyvanların cins tərkibinin yaxşılaşdırılması başlıca yer tutur. Bu sahədə çalışan fermer və sahibkarlara dövlət dəstəyinin göstərilməsi ən müasir bilik və bacarıqlara yiyələnmiş, maddi texniki bazası olan kadrlara ehtiyac yaradıb.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, nazirliyin dəstəyi ilə müvafiq müsahibə mərhələsini keçən ali və ya orta ixtisas təhsilli baytar, zoomühəndis ixtisaslı mütəxəssislər ən yeni texnologiyalara əsaslanaraq qurulmuş Respublika Süni Mayalanma Mərkəzində nəzəri və praktiki ixtisaslaşma kurslarına qəbul olunur.
45 yaşa qədər və müvafiq təcrübəsi olan mütəxəssislərə üstünlük verilir. Kursları müvəffəqiyyətlə bitirmiş mütəxəssislərə sertifikat verilir. Süni Mayalanma mütəxəssilərin əraziləri üzrə məşqulluğunun təmin olunması üçün ərazi üzrə Zona Baytarlıq Laboratoriyası ilə əməkdaşlıq müqaviləsi bağlamaq imkanı yaradılır, zəruri süni mayalama avadanlıqları ilə təmin edilirlər.
Kurslarda iştirak etmək istəyən mütəxəssislər aşağıdakı sənədləri təqdim etməlidir:
Ərizə
Şəxsiyyət vəsiqəsinin sürəti
Diplomun sürəti
Ünvan: AZ1000,Bakı,Səbail,Üzeyir Hacıbəyov,80
Telefon: 012 498 64 91
E.mail: heyvandarliq@agro.gov.az
trend