Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dekabrın 16-da saat 11ºº-da Sabirabad şəhərində vətəndaşları qəbul edəcək.
Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Şirvan şəhəri, Hacıqabul, İmişli, Saatlı, Sabirabad və Füzuli rayonlarından olan vətəndaşlar iştirak edəcəklər.
Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services, mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd edilən rayonların mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.
azertag.az