Yaxın günlərdə Gəncədə Nizami kitabxanasının əsası qoyulacaq. Bu barədə açıqlamanı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev verib.
Onun sözlərinə görə kitabxananın yerləşəcəyi məkanla bağlı müxtəlif yerlər götür-qoy edilir. E.Vəliyev qeyd edib ki, üçmərtəbəli kitabxananın şəhərin ən baxımlı guşələrindən birində yerləşdirilməsi nəzərdə tutulur.
Kitabxananın təməlqoyma mərasimi Nizaminin yubileyi günlərində olacaq.
Məlumata görə, kitabxanada dahi şairin dünyanın məşhur muzeylərində, kitabxanalarında saxlanılan əsərləri, müxtəlif dillərdə çap olunmuş tərcümələri və s. saxlanılacaq.
Qeyd edək ki, hazırda Gəncə şəhərində Nizami irsini araşdıran mərkəz, eləcə də muzey təsis olunub.
Gün.Az