“Miss Civilization Azerbaijan-2012” Mədəniyyətlər Gözəli müsabiqəsinin finalı başa çatsa da, yarışma ətrafındakı söz-söhbət səngimək bilmir.
Bununla bağlı, mətbuat konfransı keçirən təşkilatçılar yarışma ilə bağlı yaranan anlaşılmazlığa aydınlıq gətiriblər.
20 nəfər iştirakçının qatıldığı tədbirlə bağlı yarışmanın təşkilatçısı Kemal Çenk İçten danışıb.
O, bildirib ki, yarışma daxilində heç bir qalmaqal yaşanmayıb. Münsiflər heyətinin yekdil qərarı ilə isə Aytac Ağacanova birincilik qazanıb.
Yarışmanın 18 min manatlıq tacına layiq görülüb.
“Məni ağrıdan bu yarışma ilə bağlı qalibin kimliyi deyil, qalmaqalların önə çıxarılmasıdır. Bu işdə hamımız Azərbaycanda keçiriləcək yarışmanın yüksək səviyyədə baş tutmasına çalışmaqdır. Onu da deyim ki, bu yarışma gözəllik müsabiqəsi deyil. Burada əsas olan qalibin mədəniyyəti, davranışı və əxlaqıdır”.
K.C.İçten onu da bildirib ki, “Miss Civilization of The World-2012” müsabiqəsi sentyabrın 22-də Bakıda keçiriləcək.
Gün.Az