Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə təsis edilən Gənc Həkimlər Birliyinin üzvləri rayonun Muxtariyyat kəndində 85 sakinin tibbi müayinə və müalicəsini həyata keçirib.
Müayinə zamanı müxtəlif ixtisaslı həkim-mütəxəssislər xəstələrə tibbi təyinat və məsləhətlər veriblər.
Aksiyada iştirak edən Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ayaz İbrahimov bildirib ki, xəstəliklərin ilkin dövrdə aşkar olunması və vaxtında müalicə edilməsi üçün belə tədbirlər mühüm əhəmiyyət kəsb edir.
Müayinədən keçən sakinlər onların sağlamlıqlarının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicəyə cəlb olunması məqsədi ilə keçirilən bu humanist tədbiri yüksək qiymətləndiriblər.
azertag.az