"Shani Boutique Restaurant&Club"-da "ElTur production"-nın tədqim etdiyi "Beauty Queen of Azerbaijan" (Azərbaycanın Gözəllik Kraliçası) layihəsinin növbəti və sonuncu kastinqi keçirilib.
Yarışmanın münsif heyətində Azərbaycanın tanınmış simaları - əməkdar artist, müğənni və bəstəkar Tünzalə Ağayeva, Mili Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova, modelyer-dizayner Afaq İsmayılzadə, stilistlər Syama və Nəsir Babayev, aktyor-aparıcı Şəhriyar Əbilov, "Aymoment photo" studiyasının rəhbəri Aynur Babaxanova və layihə rəhbəri Elmir İsmayılov iştirak edib.
Podiumda ümumilikdə 24 gənc xanım özünü sınayıb.
Kastinqdə jurnalistlərin sualını cavablandıran layihənin icraçı direktoru Türkan Novruzova yarışmanın final mərhələsinin fevral ayında keçiriləcəyini bildirib.
Azərbaycanda ilk dəfə olaraq keçiriləcək tam fərqli gözəllik yarışmasının yarı final və final mərhələsində Türkiyənin tanınmış modelyerləri Tolqa Cam və Serdar Uzuntaş, eləcə də türk estradasının pop ulduzları Ece Seckin, Merve Özbey, Sinan Akçıl və digərlərinin iştirakı gözlənilir. Gözəllik kraliçası yarışmasında 1-ci yerin sahibi qızıl tac və ya pul mükafatına, 2-ci və 3-cü yerin sahibləri pul mükafatına layiq görüləcək.
Bununla yanaşı Türkiyənin tanınmış model şirkəti ilə müqaviləyə də imza atacaqlar. Seçilmiş ən gözəl xanım - "Beauty Queen of Azerbaijan" olacaq. Layihənin rəhbəri - Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktyor Elmir İsmayılov, icraçı direktoru - Türkan Novruzova, produsseri isə Orxan Salmandır.
Əlaqə: +99470-938-08-18 Orxan Salman
Facebook : Beauty Queen of azerbaijan
Instaqram: beautyqueenaz
Beautyqueenazerbaijan@gmail.com
İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az, Azernews.az
trend