Mövsüm başlayandan əqrəb sancması diaqnozu ilə 54 nəfər Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib.
Bu barədə Stansiyanın Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib. Onun sözlərinə görə, onlardan 44 nəfəri xəstəxanaya yerləşdirilib.
Bu il ilk əqrəb sancması mayın 13-də qeydə alınıb.
Dünən isə Bakıda 1 əqrəb sancması faktı qeydə alınıb. Bakının Xəzər rayonunun Binə kəndinin 58 yaşlı sakini olan kişini əqrəb sancıb. O, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib.
APA