Nüsrət Kəsəmənlinin 70 illik yubileyi ilə əlaqədar tədbir keçiriləcək. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə şair-publisist Nüsrət Kəsəmənlinin 70 illik yubileyi ilə əlaqədar tədbir keçiriləcək.
İdarədən verilən məlumata görə, tədbirdə Milli Məclisin deputatı Aqil Abbas, şairlər Musa Yaqub, Baba Vəziroğlu, xalq artistləri Nurəddin Mehdixanlı, Nazpəri Dostəliyeva, bəstəkar Cabbar Musayev və başqa mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər.
Tədbir dekabrın 15-də, saat 14:00-da Zirə Eko Parkda baş tutacaq.
trend