Azərbaycan Yazıçılar Birliyinin “Qobustan” sənət toplusunun 3-cü nömrəsi çapdan çıxıb.
Bu nömrədə oxuculara Əməkdar Elm Xadimi, AMEA-nın müxbir üzvü Zemfira Səfərovanın “Rəşad Nuri Güntəkin Üzeyir Hacıbəyli haqqında…” yazısı, Xalq Yazıçısı Anarın “Rasim Əliyevin həyata keçən və keçməyən arzuları” essesi təqdim olunub.
Topluda Hicran Hüseynovanın “Memarlıq qurub-yaratmaq elmidir”, Vaqif Əlixanlının “Dünyaya yad, qələmə qardaş Albet Kamyu”, Məmmədhüseyn Hüseynovun “Adadaşı, yaxud qırıq xətlərin hikməti”, Əhsən Rəhmanlının “Oyna görüm, haralısan?”, Nigar Yunusun “Qacarlara yaraşan bər-bəşək” və digər yazıları yer alıb.
Həmçinin Əməkdar İncəsənət Xadimi Ağalar İdrisoğlunun tanınmış fotoqraf Rasim Sadıqov haqqında yazdığı “Jurnalist yalnız qələm adamına deyilmir… çox layiqlərə qiymət gecikir” araşdırma yazısı, Narıngülün şair, dramaturq, nasir Camal Yusifzadəyə həsr etdiyi “Yubileyi gərək adam özü keçirməsin…” kimi yazılar da dərc edilib.
Sənət toplusunun bu nömrəsində jurnalın əməkdaşı Esmira Nəzərlinin mərhum müğənni Hüseynağa Hadıyevə həsr etdiyi “Təkcə sən yoxsan, əzizim…səsi özündən çox yaşayan sənətçi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin “Medialaşan adam və kütləvi mədəniyyət…” yazıları da yer alıb.
Jurnalın redaktoru Vaqif Əlixanlıdır.
azertag.az