Qobustanda Bayraq Meydanı tikilir
29.8.2012

Qobustan şəhərində, rayon icra hakimiyyətinin inzibati binasının qarşısında salınmış yeni parkda Bayraq Meydanı tikilir.

Bir hektar ərazini əhatə edəcək meydanda 50 metr hündürlükdə Azərbaycanın üç rəngli bayrağı dalğalanacaqdır. Ətrafda dövlət atributlarının, o cümlədən Azərbaycanın xəritəsinin, himninin sözlərinin maketləri yaradılacaq, abadlıq və yaşıllaşdırma işləri aparılacaq, müasir işıqlandırma sistemi qurulacaqdır.
Tikinti-quraşdırma işləri Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti tərəfindən həyata keçirilir.

Bayraq meydanının tikintisinin gələn ayın sonunadək başa çatdırılması nəzərdə tutulmuşdur.

AzərTAc