Dünyanın ən məşhur sosial şəbəkəsi “Facebook”da hal-hazırda 955 milyondan çox aktiv istifadəçi var. Onların hamısı yeniyetmələr və ya 20 yaşlarında olan gənclər deyil.
Son iki ildə sosial şəbəkədə ən sürətlə artan təbəqə 55 yaşdan yuxarı qadınlardır.
Bu yaxınlarda isə “Facebook”-un ən yaşlı istifadəçisi məlum olub. Bu 101 yaşlı Floren Detlordur. Floren “Facebook” sosial şəbəkəsinə 2009-cu ilin avqustunda qoşulub. O, Kaliforniyada Menlo qəsəbəsində yaşayır.
Floren Detlor həmçinin “Facebook”-un baş ofisini ziyarət edən ən yaşlı istifadəçidir. Bu yaxınlarda sosial şəbəkəsinin baş qərərgahında olan Floren “Facebook”-un qurucusu və baş icraçı direktoru Mark Zükerberq və əsas əməliyyat direktoru Şeril Sanqberqlə görüşüb.
ANN.Az