Azərbaycanda yeni fərdi vergilər tətbiq olunur
14.12.2016

Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət növü ilə məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 30 manat müəyyən edilir.
Vergilər Məcəlləsinə yeni maddənin əlavə edilməsi nəzərdə tutulur.
Əlavəyə əsasən, foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyətlə məşğul olanlar üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 30 manat, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri ilə məşğul olanlar üçün 5 manat, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi və digər analoji işlər üçün 10 manat, nəqqaşlıq emalatxanalarının fəaliyyəti üçün 20 manat nəzərdə tutulub.

report.az