Dekabrın 14-də Müasir İncəsənət Muzeyində tanınmış Azərbaycan heykəltəraşı Zakir Mehdiyevin sərgisi açılıb.
Z.Mehdiyev ekspozisiyaya daş, mərmər, ağac və digər materiallardan hazırlanmış 35 heykəlin daxil edildiyini deyib.
Qeyd edək ki, Z.Mehdiyev Əzim Əzimzadə adına Rəssamlıq Texnikumu və Surikov adına Moskva Dövlət Akademik Rəssamlıq İnstitutunun, habelə SSRİ Rəssamlıq Akademiyasının aspiranturasının məzunudur. 1979-cu ildən Rəssamlar İttifaqının üzvüdür. 2000-ci ildən Atatürk Universitetində (Türkiyə) dərs deyir.
Zakir Mehdiyev Almaniya, Rusiya, Macarıstan, Finlandiya, Türkiyə, İngiltərə, Suriya və Azərbaycanda müxtəlif sərgilərin iştirakçısı olub. O, İsmayıl bəy Qutqaşınlının (Qəbələ), Şah İsmayil Xətainin (Bakı) və Mustafa Kamal Atatürkün (Antakya) xatirələrinə ucaldılmış abidələrin müəllifidir.
Sərgi dekabrın 31-dək davam edəcək.
azertag.az