Toy fotosessiyası çəkilərkən gəlin şəlalədən yıxılaraq öldü
29.8.2012

Kanadanın Rodon şəhərindəki Dorvin Folls təbiət parkında bir qadın faciəvi şəkildə həlak olub. Toy paltarı geyinən qadın fotosessiya üçün çıxdığı şəlalədən gölə düşüb və boğularaq ölüb.

30 yaşlı Mariya Pantazapulos iyunda ərə gedib, ancaq o yalnız bugünlərdə populyar “trash the dress” üslubunda toy fotosessiyası çəkdirmək istəyib.

Mariya şəlalənin fonunda şəkil çəkdirmək istəyib, ancaq ayağı qayadan sürüşüb və o, gölə düşüb. Ağır gəlinlik paltarı onu batırıb və o, gölün dərinliklərinə gedib. Fotoqraf Mariyanın batdığını görəndə suya tullanıb, ancaq heç nə edə bilməyib.

Bəxtsiz qadının cəsədini bir neçə saatlıq axtarışdan sonra tapmaq mümkün olub.

ANN.Az