Bakıda “Müstəqil Azərbaycanım” adlı müsabiqə-sərgi təşkil olunacaq
15.12.2016

Dekabrın 17-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında uşaq, yeniyetmə və gənclərin əl işlərindən ibarət “Müstəqil Azərbaycanım” adlı ümumrespublika müsabiqə-sərgisi keçiriləcək.

Ölkəmizin müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunacaq tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək.

Nazirlikdən bildirilib ki, tədbir çərçivəsində ümumrespublika musiqi müsabiqəsinin təşkili də nəzərdə tutulur.

Tədbirin təşkilində məqsəd müstəqil dövlət quruculuğu sahəsində ölkəmizin əldə etdiyi nailiyyətlərin təbliği və gənc nəsildə vətənpərvərlik ruhunun aşılanmasından ibarətdir.

azertag.az