Dekabrın 20-də Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində “Ərəb dili üzrə xəttatlıq sənəti” adlı treninq kursları təşkil olunacaq.
Mərkəzdən bildirilib ki, treninqlər xəttatlıq sənəti üzrə 20 illik təcrübəyə malik misirli mütəxəssis Əhməd Əbdülvahab Əşrəf tərəfindən aparılacaq.
Treninqlərdə ərəb dili müəllimləri və ərəb dilini yaxşı səviyyədə bilən və bu dildə yaxşı yazmağı bacaran tələbələr iştirak edə bilərlər.
Sonda imtahandan uğurla keçən iştirakçılara Misirin Ali Təhsil Nazirliyinin sertifikatı təqdim olunacaq.
Hər kəsin qatıla biləcəyi treninq kursları dekabrın 23-dək davam edəcək.
azertag.az