Uruqvay Parlamentində Uruqvay-Azərbaycan Dostluq Qrupunun yeni tərkibi təsdiqlənib
15.12.2016

Uruqvay Parlamentində Uruqvay-Azərbaycan Dostluq Qrupunun yeni tərkibi təsdiq edilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, Dostluq Qrupu Uruqvay Parlamentinin həm Senat, həm də Nümayəndələr Palatasının üzvlərindən ibarətdir.
Ümumilikdə doqquz parlamentardan ibarət Dostluq Qrupunun tərkibinə Uruqvay Parlamentində təmsil olunun bütün siyasi partiyalarının nümayəndələri daxil edilib: "Dostluq Qrupunun yeni tərkibinin təsdiq edilməsi Azərbaycan-Uruqvay parlamentlərarası əlaqələrin möhkəmləndirilməsinə, habelə ikitərəfli münasibətlərinin daha da inkişaf etməsinə töhfə verəcək".

report.az