Bakı Metropoliteninin "Cəfər Cabbarlı" stansiyasının birinci yolu təmir-bərpa işlərindən sonra bu gün istifadəyə verilib. Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, yol bu gün səhər saatlarından istifadəyə verilib.
Xatırladaq ki, "Cəfər Cabbarlı" stansiyasının birinci yolu təmir-bərpa işləri ilə əlaqədar dekabrın 7-də iki həftəlik bağlanmışdı. Təmir işləri bir həftə ərzində yekunlaşdığından yol bu gün istifadəyə verilib.
trend