ABŞ-da yaşayan mormonlar arasında daha bir "rekord" qeydə alınıb. Belə ki, beş bacı beş qardaşa ərə gedib. Birgə toya gələn qonaqların sayı 1200 nəfər olduğu üçün təyyarə anqarından toyxana qismində istifadə olunub.
Daq, Todd, Bredford, Uolker və Uill Uoldi qardaşlarının toyu Arizona ştatındakı Mesa şəhərində, LCD kilsəsində olub.
Qardaşların atası Daq Uoldinin dediyinə görə, oğulları hər şeyi birlikdə etdikləri üçün toyları da bir gündə, birlikdə olub.
Bəylərlə gəlinlərin yaşları 20-28 arasında idi.
Bruk, Meqan, Sidni, Cillian və Emili gəlinlik paltarında idilər. Daq Sidni ilə, Todd - Bruk, Bredford - Meqan, Uolker - Cillian, Uill isə Emili ilə ailə həyatı qurublar.
Daq və Kristen Uoldilərin dediklərinə görə, onlar bəxtəvərdirlər: "5 oğlumuz bir gündə evləndilər, ailə həyatı qurdular. Bundan gözəl nə ola bilər?!"
Milli.Az