Azərbaycana qış fəslinin daxil olacağı dəqiq vaxt açıqlanıb.
AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun verdiyi məlumata görə, Azərbaycana qış dekabrın 21-də saat 14:44:12-də daxil olacaq. Həmin gün ən uzun gecə olacaq.
Dekabrın 21-dən sonra gündüzlər uzanmağa başlayacaq və martın 21-də yaz gecə-gündüz bərabərliyi baş verəcək.
report.az