Tbilisidəki Narınqalada təmir-bərpa işlərinin başa çatacağı tarix açıqlanıb
15.12.2016

Gürcüstan paytaxtı Tbilisidə yerləşən Narınqala tarixi abidəsinin təmir-bərpa işləri 2017-ci ilin sonunda başa çatacaq.
Gürcüstan KİV-inə istinadən xəbər verilir ki, təmir-bərpa işlərini Tbilisinin İnkişaf Fondu həyata keçirir.
Məlumata görə, təmir-bərpa işləri bu ilin oktyabrında başlayıb.
Xəbərdə bildirilib ki, təmir-bərpa işlərinə büdcədən 280 min dollara yaxın maliyyə vəsaiti ayrılıb, bu məbləğin 115,4 min dolları 2016-cı ildə istifadə ediləcək.
Qeyd edək ki, bu qala IV əsrdə tikilib. Bu tarixi tikilidə möhkəmləndirmə işləri XVI-XVII əsrlərdə aparılıb. 1827-ci ildə baş vermiş zəlzələ nəticəsində qalanın bəzi hissələri uçub.
Fotolar: "Sputnik-Georgia"

report.az