Azərbaycanda qış vaxtına keçidin tarixi açıqlanıb
3.10.2011

Azərbaycan qış vaxtına oktyabrın 30-u saat 05:00-da keçəcək. Nazirlər Kabinetindən verilən məlumata görə, bununla əlaqədar Azərbaycanda saatlar bir saat geri çəkiləcək.
Azərbaycanda yay vaxtına keçid Nazirlər Kabinetinin qərarı ilə 17 mart 1997-ci ildən həyata keçirilir.